Uğur qazandıq!

Səbail rayonu 236 nömrəli tam orta məktəbin 10 “A” sinif şagirdləri Məlikova Leyla və Qafarova Səmra “Olimpiya Hərəkatı” proqramı çərçivəsində keçirilmiş Respublika biriciliyi final yarışında Voleybol idman növündə III yeri tutduqlarına görə diplom və min manat dəyərində pul mükafatı ilə təltif olundular. “Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi