1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Bu gün məktəbimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirildi. Tədbirdə məktəb rəhərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. İbtidai sinif müəllimi Nəzakət Mansurovanın təşkilatçılığı ilə təşkil olunmuş tədbir böyük coşqu və sevincə səbəb oldu. Tədbirin keçirlməsində məqsəd şagirdlərdə dostluq, birlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və onlarda yüksək əhval-ruhiyyə yaratmaq idi. Bayram tədbirində məktəblilər şerlər söylədi, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etdilər.