Həyat bilgisi fənnindən "Açıq dərs"

Mayın 30- u Səbail rayonu 236 nömrəli tam orta məktəbin Biologiya müəllimi İradə Axundovanın 5“F” sinfində Həyat bilgisi fənnindən “Dünyəvi dinlər” mövzunda “Açıq dərs”i keçirildi. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdilər. Dərsin məqsədi dini dözümlülüyü və onun insanlar üçün əhəmiyyətini izah etməkdən ibarət idi. Müəllim dərsin mövzusuna uyğun üsullar və iş formaları seçmişdi. Şagirdlər 3 qrupa bölündü. Dərs diskussiya formasında keçirildi. Şagirdlər aparılan sual-cavabda fəal iştirak etdilər. Dərsin ən maraqlı məqamlarından biri mövzu ilə bağlı qrupların hazırladıqları yaradıcı işlərin nümayişi oldu. Maraqlı keçən dərsdə qarşıya qoyulan məqsədlər əldə olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi