Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Şəlalə Mustafayevanın 10 “A” sinfində Ədəbiyyat fənnindən M.F.Axundzadənin “Aldanmış kəvakib” mövzunda “Açıq dərs”i keçirildi. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdilər. Dərsin məqsədi M.F.Axundzadənin Azərbaycan tarixində bir ədib kimi ictimai və ədəbi mövqeyini göstərməklə şairin yaradıcılığını mənimsətmək, ədəbiyyata gətirdiyi yeniliklər və “Aldanmış kəvakib” povestindəki şah üsul idarəsinin eyiblərini açıb göstərməkdən ibarət idi. Müəllim şagirdlərlə tərtib etdiyi suallar əsasında frontal sorğu apardı. Yeni dərs izah olundu və ev tapşırıqları vaxtında verildi. Dərs yüksək səviyyədə təşkil olunmuşdu və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.