Şagirdlərimiz ekskursiyalarda

İbtidai siniflərdə şagirdlərin ən çox sevdikləri, maraq göstərdikləri gəzinti və ekskursiyalardır. Ekskursiyalarda təşkil olunan canlı müşahidələrdə onlar yeni bir şey öyrənmək imkanı əldə edir, tədqiqatçıya çevrilir, özləri üçün kəşflər edirlər. Düzgün təşkil olunmuş rəhbərliyin təsiri altında şagirdlərin müşahidə bacarığı daha da təkmilləşir və inkişaf edir. Bu məqsədlə məktəbimizin ibtidai sinif müəllimləri Səbinə Ələkbərova, Sevinc Həsənova, Gültəkin Yadigarova, Səbinə Nəzərli, Lyudmila Vladimirovna, Nəzakət Mansurovanın rəhbərliyi ilə şagirdlərin paytaxtımızın müxtəlif görməli yerlərinə, tarixi muzeylərinə ekskusiyası təşkil olunmuşdur. Ekskursiya zamanı şagirdlərə gördükləri mənzərə ilə bağlı geniş məlumatlar verildi. Şagirdlərdə böyük sevinc və həyəcan hiss olunurdu.