28 May Respublika günü

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Bu gün münasibəti ilə məktəbimizin akt zalında təntənəli bayram konserti təşkil olundu. Tədbirdə məktəbin müəllim heyəti, valideynlər və şagirdlər iştirak etdilər. Bu gün Azərbaycan xalqı fəxr edir ki, dahi siyasətçi Heydər Əliyevin qurub yaratdığı dövlət müstəqilliyinin inkişafı üçün bütün qüvvə və bacarığını əsirgəməyən, ölkəmizin xoşbəxt gələcəyi naminə böyük, əzəmətli quruculuq işlərinə ustalıq və səriştə ilə rəhbərlik edən, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev kimi Prezidentimiz var.