Fiziki tərbiyə fənnindən "Açıq dərs"

Mayın 18-i Səbail rayonu 236 nömrəli tam orta məktəbin Fiziki tərbiyə müəllimi Gülbanu Ağayevanın 5 “Ç” sinfində “Çeviklik qabiliyyətinin təkmilləşdirilməsi” mövzusunda “Açıq dərs” keçirildi. Dərsin məqsədi çeviklik qabiliyyətinin, fiziki hazırlığın formalaşmasının əhəmiyyəti, dinamik müvazinəti inkişaf etdirən oyunları təşkil etmək və keçirmək, şagird fəaliyyətini tənzimləmək və qiymətləndirməkdən ibarət idi. Müəllim şagirdlərə çeviklik qabiliyyətinin insan həyatı üçün əhəmiyyəti haqqında məlumat verdi. Dərsin bütün mərhələləri fəal keçdi. Fənn müəllimləri Şakir Quliyev, Akifə Tahirova və Cavanşir Mehbalıyev bildirdi ki, dərsin planlaşdırılması geniş tərtib olunmuşdur və verilən hərəkətlər şagirdlərin yaş xüsusiyyətlərinə uyğun idi. Dərs iştirakçılar tərəfindən müzakirə olunmuş və bəyənilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi