Coğrafiya fənnindən "Açıq dərs"

Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Svetlana Sadıqovanın 9 “A” sinfində “Təsərrüfatın sahə quruluşu” mövzunda “Açıq dərs”i keçirildi. Dərsin məqsədi təsərrüfat sahələrini öyrənmək, təbii ehtiyatlardan istifadə və texniki sahələr arasındakı əlaqəni müəyyən etməkdən ibarət idi. Şagirdlər qruplara bölündü və qruplar adlandırıldı. Dərsdə məktəb rəhbərliyi və coğrafiya müəllimləri iştirak etdilər. Dərs müzakirə olundu və bəyənildi.