Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə 2016/2017-ci il mövsümündə “Məktəblərdə futbol dərsi” layihəsində iştirak edən məktəb şagirdləri üçün U-11 Qızlar liqası təşkil olunmuşdur. 12 komadanın iştirak etdiyi liqa dairəvi sistem üzrə keçirilib. Təşkil olunmuş yarışda 236 nömrəli tam orta məktəbin komandası "Gömrükçü FK" III yeri qazanmışdır. Belə ki, mayın 10-da liqanın qalibləri 141 nömrəli tam orta məktəbin akt zalında mükafatlandırılıb. İştirakçılara liqa barədə ətraflı məlumat verilib. Qalib şagirdlər məktəbimizin rəhbərliyi tərəfindən də təbrik olundu.