İngilis dili fənnindən "Açıq dərs"

Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin ingilis dili müəllimi Rəhimə Budaqovanın 8 “A” sinfində “Heroes are never forgotten!” mövzusunda “açıq dərs”i keçirildi. Dərsin məqsədi mövzu haqqında danışmaq, yeni sözlərdən istifadə edərək suallar təşkil edib cavablandırmaq və uşaqlarda danışıq bacarığını inkişaf etdirməkdən ibarət idi. Dərs Azərbaycan himninin ingilis dilində səsləndirilməsi ilə başlandı. Qruplar işlərini təqdim etdilər. Tarixi şəxsiyyət Ulu Öndər- Heydər Əliyev, tarixi qəhrəmanlar- Babək, Koroğlu, Şah İsmayıl, Atatürk, Tomris, Milli qəhrəmanlar- C. Mustafayev, A. Mustafayev, A. Əsgərova, F. Əhmədov, M. İbrahimov haqqında şagirdlər öz fikirlərini ingilis dilində ifadə etdilər. Xalq şairi M. Arazın “Qalx ayağa Azərbaycan” şeri, “Babəkin monoloqu” və atalar sözləri ingilis dilində şagirdlər tərəfindən söylənildi. Mövzu ilə əlaqədar videoçarx nümayiş olundu. Şagirdlər 3 qrupa bölündü: “Şah İsmayıl”, “Babək”, “Mübariz”. Fənlərarası əlaqə yaradıldı. Qrupların təqdimatı dinlənildi, işləri müzakirə olundu və əlavələr edildi. Şagirdlər meyarlar üzrə qiymətləndirildi. Dərs çox yüksək səviyyədə keçirildi və iştirakçılar tərəfindən bəyənildi.