Şuşasız 25 il

Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 25 il ötür. Bu mövzuda məktəbimizin bütün siniflərində birinci dərs Şuşanın işğal tarixinə həsr olundu. Xüsusilə ibtidai sinif müəllimləri fəallıqları ilə seçildi. Belə ki, ibtidai korpusun bütün müəllim və şagird heyəti Badamdar şəhidlərini ziyarət etmiş, abidə önünə qərənfil dəstələri düzmüşlər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, sonra müəllimlər Şuşanın işğalı tarixi barədə şagirdləri məlumatlandırmışlar.