Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sənubər Kazımovanın 9 “A” sinfində “Bəxtiyar Vahabzadənin “İstiqlal” şerinin təhlili” mövzusunda "açıq dərs"i keçirildi. Dərsdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etdilər. "Açıq dərs"in məqsədi poemada bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirmək, poemanın janr baxımından romanla müqayisə etmək və poemanı ideya- məzmun xüsusiyyətlərini şərh etməkdən ibarət idi. Bəxtiyar Vahabzadə ilə bağlı videoçarx nümayiş olundu. Şagirdlər qruplara bölündü və adlandırıldı. Qruplara suallar ünvanlandırıldı və şagirdlər sualları ətraflı cavablandırdılar. Şagirdlər poema və roman janrlarını Venn diaqramından istifadə edərək müqayisə etdilər. Tədqiqat aparmaq üçün şagirdlərə iş vərəqləri paylandı.Qrup işlərinə meyarlar üzrə qiymət verildi. "Açıq dərs" yüksək səviyyədə təşkil olunmuşdu və maraqlı diskussiyalarla yekunlaşdı.