Əjdər Ağayev- 80 il

Aprelin 28- də Səbail rayonu 236 nömrəli tam orta məktəbin akt zalında azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Əməkdar müəllim, pedaqoji elmlər doktoru , professor. təhsil şurasının sədri Əjdər Ağayevin 80 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbirdə BŞTİ-nin nümayəndələri, Səbail rayon İcra Hakimiyyətindən nümayəndə, məktəbin müəllim, şagird heyəti və valideynlər iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. Əjdər Ağayevin anadan olmasının 80 illiyi münasibətilə təbrik etdi, onun Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz, əvəzolunmaz xidmətlərindən danışdı, əsərlərinin oxucular tərəfindən sevilə-sevilə oxunduğunu, tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbirə dəvət olunmuş qonaqlar çıxış edərək Əjdər Ağayevin yaradıcılığından, şəxsi keyfiyyətlərindən söz açdılar, yubilyara cansağlığı, yaradıcılıq uğurları arzuladılar, yubileyi münasibəti ilə səmimi təbriklərini çatdırdılar. Tədbirdə məktəbli fəal oxucular şairin şeirlərindən parçalar söylədilər. Məktəbin ansamblı konsert proqramı ilə çıxış etdi. Daha sonra sənətkarın ömür yolunu əks etdirən videoçarx nümayiş olundu. Sonda Əjdər Ağayev yubileyin keçirilməsinə görə məktəb rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirdi.