"Kitabxanaçılar Klubu"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe ümumtəhsil məktəblərində fəaliyyət göstərən kitabxana işçilərinin müsahibələrdə qiymətləndirməsi aparılmış, müsahibələrin nəticələrinə müvafiq olaraq yüksək təşkilatçılığı, innovativ, yaradıcı fəaliyyəti ilə seçilən kitabxana işçilərindən ibarət Kitabxanaçılar Klubu təsis olunmuşdur. İlk klub görüşü 26 aprel tarixində keçirildi. Kitabxana müdirimiz Salmanova Mətanət tədbirdə iştirak etdi, məktəbimizə iki kitab hədiyyə edildi.