Texnologiya fənnindən "Açıq dərs"

Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Texnologiya müəllimi Bəyim Qarayevanın 5 “A” sinfində “Yumurtadan hazırlanan yeməklər” mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi, Biologiya, Kimya və Texnologiya müəllimləri iştirak etdilər. Açıq dərsin məqsədi yumurtadan hazırlanan yeməklərin texnologiyasını şagirdlərə öyrətmək idi. Fənlərarası əlaqəyə geniş yer verildi. Sonra labaratoriya işi təqdim olundu, şagirdlər yumurtanın təzə və ya köhnə olduğunu əyani şəkildə gördülər. Elektron lövhədə yumurtanın növləri haqqında digər məlumatlar nümayiş olundu. Şagirdlər qruplara bölündü və adlandırıldı. Qruplar öz fantaziyalarına uyğun bişmiş yumurtadan, tərəvəz və bəzəklərdən istifafdə edib müxtəlif bəzək nümunələrini boşqablarda təqdim etdilər. Hər qrup öz işini çox maraqlı formada təqdim etdi, qruplar müzakirə olundu və qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi