Narkotik bəşəriyyətin bəlasıdır, zərərli vərdişlərə yox deyək!

Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbdə narkomaniya və onun fəsadları mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Rayon Polis şöbəsinin əməkdaşları, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəbinin müəllim və şagird heyəti iştirak etdilər.Tədbirdə iştirakçılara narkomaniyanın cəmiyyətə vurduğu zərər, onunla mübarizə yolları, narkotik maddələrin istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri, narkomaniyanın insan orqanizminə məhvedici təsiri, narkomaniyaya düçar olmuş şəxslərin müalicəsi, erkən müalicənin labüdlüyü, narkomaniyanın insan psixologiyasında və ailə həyatında yaratdığı fəsadlar barədə ətraflı məlumat verildi. Tədbirdə narkomaniyanın insan həyatına vurduğu zərəri daha dolğun çatdırmaq üçün videoçarx nümayiş olundu və gəncləri sağlam həyat tərzi yaşamağa, asudə vaxtlarını səmərəli keçirməyə səslədilər.