Dünən Səbail rayonu 236 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şəhla Novruzovanın təşkilatçılığı ilə 6 “e” və 5 “f” sinif şagirdlərinin "Kukla" art qalereyasına ekskursiyası təşkil olundu. Şagirdlərin "Kukla" art qalereyasına ekskursiyanın əsas məqsədi şagirdləri kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etmək idi. Ekspozisiyada həm Azərbaycan ustalarının, həm də əcnəbi kukla sənətçilərinin əl işləri sərgilənmişdi. Şagirdlərin hər biri gördüklərindən razı qaldıqlarını dilə gətirdi və xoş təəssüratlarını bölüşdülər.