“Xocalıya Ədalət” kompaniyası çərçivəsində mühazirə

Bu gün Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya Ədalət” kompaniyası çərçivəsində mühazirə təşkil olundu. Tədbiri “XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir” giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. Mühazirə başlanmazdan əvvəl faciə zamanı həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məruzəçi Heydər Əliyev Fondunun əməkdaşı Cavid Məmmədzadə çıxış edərək ermənilərin Sovet ordusu ilə törətdikləri Xocalı soyqrımı barədə ətraflı məlumat verdi. Tədbirin sonunda Xocalı soyqırımı haqqında söylənilənləri əks etdirən videoçarx nümayiş olundu.