Aprelin 11-i Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Azərbaycan dili müəllimi Sahilə Məhərrəmovanın 7 “c” sinifində “Əsas nitq hissələri ilə köməkçi nitq hissələrinin omonimliyi” mövzusunda açıq dərsi keçirildi. Dərsin əsas məqsədi sözləri ümumi qrammatik mənalarına görə fərqləndirmək və köməkçi nitq hissələrinin işlənmə məqamından asılı olaraq durğu işarələrindən istifadə qaydası idi. Şagirdlər qruplara bölündü və adlandırıldı. Qruplar işini bitirdikdən sonra iş vərəqləri karusel üsulu ilə digər qruplara ötürüldü. Qruplar göstərilən meyarlar üzrə qiymətləndirildi. Məlumatın mübadiləsi və müzakirəsi zamanı şagirdlərin mövzunu nə dərəcədə mənimsədikləri müəllim tərəfindən izlənildi və aidiyyati üzrə istiqamət verildi.