Heydər Əliyev və ordu quruculuğu

Aprelin 7-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə tarix müəllimi, qabaqcıl təhsil işçisi- Rita Novruzovanın Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə həsr olunmuş “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda mühazirəsi keçirildi. Məruzəçi “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri sahəsində gördüyü işlərdən, ölkənin inkişafından danışdı. Tədbirin sonunda bu istiqamətdə aparılan işləri əks etdirən videoçarx izlənildi.