Aprelin 6-da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin fizika müəllimi Nuriyyə Səfərovanın 6 “A” sinifində “Mexaniki hərəkət” mövzusunda açıq dərs keçirildi. Dərsdə məktəb rəhbərliyi və təbiət fənn müəllimləri iştirak etdilər. Əvvəl şagirdlərə hərəkətlə bağlı videoçarx təqdim olundu. Şagirdlər hərəkət növlərinə görə qruplaşdırıldı. Müxtəlif təbiət hadisələrinə dair müşahidələr təqdim edildi. Sadə təcrübələrin nümayişi və nəticələri təqdim olundu. Açıq dərsin məqsədi cismlərin hərəkətinin qarşılıqlı təsirlər nəticəsində baş verməsi haqqında təsəvvürlərin şərh edilməsi idi. Şagirdlərə ev tapşırığı verildi, qrupların üzvləri qiyətləndirildi və növbəti tapşırıqlara keçid alındı. Açıq dərs maraqlı disskusiyalarla yekunlaşdı.