31 mart - Azərbaycanlıların Soyqırımı Günü

Tarix boyu erməni birləşmələrinin təcavüzünə məruz qalan Azərbaycanın daha bir unudulmaz qan yaddaşı “31 Mart Soyqırım” günü…. Martın 31-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə "31 Mart – Soyqırım günü” ilə bağlı məktəbimizdə tarix fənninə aid yaradılmış guşə qarşısında məktəbin müəllim və şagird heyəti 99 il əvvəl baş verən hadisələri yenidən xatırlayaraq, şəhid olmuş həmvətənlərimizin ruhunu yad etdilər. Soyqırım Günündə həyatını itirmiş Azərbaycanlıların ruhları bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Rövşanə İsmayılova və Ətrabə Həsənova baş verənlər haqda daha ətraflı danışaraq, ermənilərin vəhşiliklərini, bunun səbəb və nəticələrini açıqladılar. Onların "Erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir" fikirləri ilə ilə başlanan çıxışları maraqla dinlənildi.