Martın 30- da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin İngilis dili müəllimi Əlyeva Aygün Əlisehran qızının VIII “b” sinfində “Heroes mətni ilə bağlı söz ehtiyatını zənginləşdirmək” mövzusunda açıq dərsi keçirildi.Şagirdlər qruplara bölündü və qruplar arasında kiçik həcmli dialoq quruldu. Şagirdlər yeni söz və ifadələri öyrəndilər. Fənlərarası əlaqə yaradıldı. Elektron lövhədə mövzuya uyğun video və şəkillər nümayiş olundu. Dərs maraqlı müzakirə və diskussiyalarla yekunlaşdı.