“Ölkəmizi tanıyaq” layihəsi- Naxçıvan Muxtar Respublikasında

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində Səbail rayonunun məktəblilərindən ibarət qrup Naxçıvan Muxtar Respublikasına yola salınıblar. Səbail rayonu 236 nömrəli tam orta məktəbin X sinif şagirdləri Qafarova Səmra və Məmmədova Şərqiyyə bu turda iştirak ediblər. Məktəblilər tur zamanı Naxçıvanın tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələri ilə tanış olub, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçiriblər. Şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası çox uğurlu layihədir, bu tur gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi üçün mühüm əhəmiyyət daşıyır və biz gənclərin ürəyincədir" kimi fikirlərini səsləndirdilər.