Novruz bayramının müjdəçisi- Torpaq çərşənbəsi

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Hal-hazırda Novruz bayramı ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biri də “Çərşənbə iməcilikləri” layihəsidir. Xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramının müqəddəs çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsidir. İlaxır çərşənbələrdən sonuncusu olan torpaq çərşənbəsi əvvəlki çərşənbələrə nisbətən öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha təmtəraqlı şəkildə qeyd olunur. Axırıncı çərşənbədən sonra təbiət oyanır, yaz fəslinin gözəlliyi duyulur, ağaclar çiçək açmağa başlayır, günəş şüaları torpağı qızdırır. Bu kimi xüsusiyyətləri özündə birləşdirən, mənəvi dəyərləri özündə tərənnüm etdirən milli- mənəvi dəyərlərimiz haqqında fənn müəllimlərimiz şagirdlərimizlə söhbətlər aparır, onlarda bu dəyərləri qoruyub gələcək nəsillərə ötrülməsinin vacibliyini vurğulayırlar.