Ölkəmizdə qeyd olunan yaz bayramlarından növbətisi...

8 Mart Novruzdan öncə ölkəmizdə qeyd olunan yaz bayramıdır. Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilsə də indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Azərbaycan Qadını ölkəmizin ictimai-siyasi həyatında həmişə fəal iştirak etmiş, xalqımızın milli və ailə dəyərlərinin qoruyucusu, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı təmsilçisi olmuşdur. Bu mövzu ilə əlaqədar şagirdlərimiz öz əl işləri ilə məktəb lövhəsini bəzədilər.