Riyaziyyat fənnindən “Həndəsi fiqurlar” mövzusunda açıq dərs

Martın 3-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin ibtidai sinif müəllimi Kəmalə Fərruxovanın 3 “D” sinifində Riyaziyyat fənnindən “Həndəsi fiqurlar” mövzusunda açıq dərsi keçirildi. Dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavinləri, ibtidai sinif müəllimləri iştirak etdilər. Şagirdlər 4 qrupa bölündü və qruplar adlandırıldı. Hər qrup gördüyü işi təqdim edərək mövzunu necə mənimsədiyini nümayiş etdirdi. Qiymətləndirmə qrup işinə əsasən aparıldı. Dərs maraqlı diskussiyalarla yekunlaşdı.