Bu gün yel çərşənbəsidir!

Bu gün yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Xalq arasında "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında – "qara nehrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel – ağ, qara yel qara, xəzri – göy, gilavar – qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.Şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması məqsədi ilə 236 nömrəli tam orta məktəb "Təhsili Dəyərə Çevirək" devizi altında "Çərşənbə iməclikləri" tədbirlərini davam etdirməkdədir. İməclik zamanı ərazidə təmizlik işləri aparıldı, məktəbin həyətində əkilmiş ağaclara qulluq göstərildi, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü. Layihə rəhbəri:"Biz hamılıqla sularımızın təmiz, havamızın saf olması üçün əlimizdən gələni etməli, bütün bu işləri hansısa kampaniya xatirinə görməməli, özümüzün vətəndaşlıq vəzifəsinə çevirməliyik!" kimi fikirləri ilə şagirdlərlə söhbətlər apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi