Azərbaycan tarixi fənnindən açıq dərs

Fevralın 28- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Tarix müəllimi Səqanə Həsənovanın VIII “ç” sinifində “Bakı, Dərbənd və Lənkəran xanlıqları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə təlim- tərbiyə işləri üzrə direktor müavinləri, tarix və coğrafiya müəllimləri iştirak etdilər. Şagirdlər 3 qrupa bölündü. I- Bakı xanlığı qrupu, II- Lənkəran xanlığı qrupu, III- Dərbənd xanlığı qrupu. Hər qrupa tapşırıqlar verildi və iş vərəqləri üzrə tapşırıqlar icra olundu. Fəaliyyət əməkdaşlıq şəraitində keçdi. Əyaniliyə geniş yer verildi. Fənlərarası əlaqə yaradıldı. Şagirdlər mövzunu tam mənmsədilər. Dərs sual- cavabla yekunlaşdırıldı. Bilikləri möhkəmləndirmək üçün konseptual cədvəldən istifadə edildi. Dərs iştirakçılar tərəfindən müzakirə olundu və bəyənildi.