Bu gün – Od çərşənbəsidir!

Novruz bayramı minilliklərlə davam edən tariximizin dərinliklərindən gəlib günümüzə çıxmış, milli, böyük mənəvi dəyərləri olan ən gözəl bayramlardan biridir. Onun əsas atributlarında biri də çərşənbələrdir. Bu gün onlardan ikincisi – Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər. Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir. Saflığı, təmizliyi ,dürüstlük kimi dəyərləri təbliğ etmək məqsədi ilə məktəbin həyətyani sahəsində iməclik keçirildi, təmizlik işləri aparıldı, ağacların dibi kollardan təmizləndi və belləndi.