Azərbaycan dili fənnindən “Feilin məsdər forması” mövzusunda açıq dərs keçirildi
Fevralın 27- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Şəhla Zeynalovanın V "c" sinfində “Feilin məsdər forması” mövzusunda açıq dərsi keçirildi. Dərsin əsas məzmunu hazırlanmış slayd formasında nümayiş olundu. Bütün qruplar geniş və əhatəli təqdimatlar etdilər. Məktəb rəhbərliyinin və fənn müəllimlərinin iştirakı ilə keçirilən açıq dərs maraqla izləndi. Dərsdə şagirdlər fəal iştirak etdilər, öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Açıq dərs maraqlı diskusiyalarla yekunlaşdı.