Ağla, Xocalım, Ağla!

Fevral ayının 1- dən başlayaraq Səbail rayonu 236 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrləri və Tədbirlər planına əsasən məktəbdaxili əmr verilmiş və tədbirlər planı hazırlanmışdır. Tədbirlərin həyata keçirilməsi məktəb rəhbərliyinin diqqət mərkəzində saxlanılmışdır. Ayrı- ayrı siniflər üzrə müxtəlif tədbirlər həyata keçirilmişdir. "Xocalısız 25- il" il mövzusunda I- XI siniflər arasında rəsm və inşa müsabiqəsi keçirilmiş qaliblər müəyyənləşdirilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Səbail rayon İcra Hakimiyyətinə, Gənclər və İdman İdarəsinə təqdim olunmuşdur. IX "a" sinif şagirdi Əsgərova Sübhə Hüsən qızı Xocalı soyqırımının 25- ci ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən inşa müsabiqəsində I yeri tutduğuna görə Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən 70 manat pul mükafatı qiymətli hədiyyə və I dərəcəli diplomla mükafatlandırılmışdır. VII "d" sinif şagirdi Hüseynzadə Cəmilə Məmmədhüseyn qızı, VI "e" sinif şagirdi Rzayev Said Ruslan oğlu, IX "ç" sinif şagirdi Vəliyeva Aytən Zahid qızı rəsm işlərinə görə Səbayil rayonu İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşlar.