Xocalı hüznü

Fevralın 24- də I və II növbədə dərslər Xocalı faciəsinə həsr olunmuşdur. Fevralın 24- də məktəbin akt zalında V- XI sinif şagirdlərinin iştirakı ilə geniş tədbir keçirildi. Tədbirdə şəhid ailələri, veteranlar, Qəsəbə bələdiyyəsinin üzvləri iştirak etdilər. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı. Məktəbin direktoru Xanlar İmaməliyev faciə haqqında iştirakçılara ətraflı məlumat verdi. Məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimləri Sənubər Kazımova, Şəhla Zeynalova, Sima İmaməliyeva, Azadə Əfəndiyeva, Aygün Vəliyeva, Xəyalə Quliyeva, Şəlalə Mustafayevanın rəhbərliyi ilə hazırlanmış səhnəciklər nümayiş etdirildi, şagirdlərin ifasında şeirlər səsləndirildi.