Xocalı soyqırımını unutmaq olmaz!

Fevralın 23- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Ağdam rayonundan məcburi köçkün olan ibtidai siniflər üzrə Metodbirləşmə Rəhbəri Solmaz Məmmədova IV “a” sinifində “Xocalı soyqırımını unutmaq olmaz!” mövzusunda tədbir keçirdi. Tədbirdə məktəb rəhbərliyi, məcburi köçkünlər, şəhid ailələri iştrirak etdilər. Şagirdlər Xocalı faciəsi haqqında şeirlər söylədilər, səhnəciklər nümayiş etdirdilər.