Məktəbimizin IX "a" sinif şagirdi Sübhə Əsgərova “Xocalı soyqırımının 25-ci ildönümü”nə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsində I yeri tutduğuna görə qiymətli hədiyyə və diplomla təltif edilmişdir. Bu Sübhənin birinci uğuru deyil. O, dəfələrlə bu kimi müsabiqələrdə qalib olmuş və mükafatlandırılmışdır. Müəllim və şagird kollektivi Sübhəni təbrik edir və ona uğurlar arzulayır.