“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri

Fevralın 23-də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Sularda Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanlar İmaməliyev açdı. “Fövqəladə hallar barədə ümumi məlumat” mövzusunda Statistika sektorunun baş məsləhətçisi Fərid Məmmədhüseynov, “Zəlzələ zamanı davranış qaydaları” və “Torpaq sürüşməsi zamanı davranış qaydaları” mövzusunda Təşkilati səfərbərlik bölməsinin baş zabiti kapitan Toğrul Vəliyev, “Məişətdə yanğın zamanı davranış qaydaları” və “Dəm qazı” mövzusunda istismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi daxili xidmət polkovnik- leytenantı Elgün Ələkbərov, “Odsöndürücü balondan istifadə qaydaları” mövzusunda Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nizami Fərəcov, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı, “112 qaynar xətti” mövzusunda Operativ məlumat şöbəsinin baş zabiti leytenant Məhəmməd Əliyev Operativ reaksiyavermə və əməliyyat- planlaşdırma idarəsinin rəisi Polkovnik Vaqif Teymurov tədbiri yekunlaşdırdı. Sonda şagirdlərin sualları ətraflı cavablandırıldı. Məktəb kollektivi adından maarifləndirməyə görə əməkdaşlara minnətdarlıq bildirildi.