Azərbacan dili fənnindən “Sifətin dərəcələri” mövzusunda açıq dərs.

Fevralın 22 - də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin “Qabaqcıl Təhsil İşçisi döş nişanı” ilə təltif olunmuş Azərbaycan dili və Ədəbiyyatı müəllimi Sima İmaməliyevanın V "a" sinfində “Sifətin dərəcələri” mövzusunda açıq dərsi keçirildi. Dərsdə təlim- tərbiyə işləri üzrə direktor müavinləri, Azərbaycan dili və Ədəbiyyatı müəllimləri iştirak etdilər. Davamiyyət yoxlanıldı. 24 şagirdin hamısı dərsdə iştirak edirdi. Müəllim keçmiş mövzunu şagirdlərdən soruşdu. Yeni mövzu ilə keçmiş mövzu arasında geniş əlaqə yaradıldı. Əyani vəsaitlərdən istifadə olundu. Sinif hər birində 6 nəfər olmaqla 4 qrupa bölündü. Hər qrupa rəhbər təyin olundu. Müəllim müasir təlim metodlarından istifadə edərək mövzunu şagirdlərə tam mənimsətdi. Fənlərarası əlaqə yaradıldı. Ev tapşırığı vaxtında verildi və şagirdlər qiymətləndirildi. Sonda “Xocalı faciəsi” qurbanları yad edildi. Şagirdlər faciə haqqında ətraflı danışdılar, şeirlər söylədilər. Dərs məktəb rəhbərləri və fənn müəllimləri tərəfindən ətraflı müzakirə olundu və bəyənildi.