21 fevral- Beynəlxalq Ana Dili Günüdür.

Fevralın 21- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə böyük tədbir keçirildi. Tədbirdə məktəbin müəllim heyəti, şagirdlər və valideynlər iştirak etdilər. Məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Baba Bayramov - “Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi qeyd etdi.”Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər, mahnılar ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi