Kimya fənnindən açıq dərs.

Fevralın 20- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Kimya müəllimi Mətanət Həsənovanın VII A sinfində “Oksigen kimyəvi element və bəsit maddə kimi. Oksigenin alınması” mövzusunda açıq dərsi keçirildi. Dərsdə təlim- tərbiyə işləri üzrə direktor müavinləri, Kimya, Biologiya müəllimləri iştirak etdilər. Dərsdə əyanilikdən istifadə olundu. Fənlərarası əlaqəyə geniş yer verildi. Mövzu şagirdlər tərəfindən tam mənimsənildi. Ev tapşırığı vaxtında verildi və şagirdlər qiymətləndirildi. Dərs iştirakçılar tərəfindən müzakirə olundu və bəyənildi.