IV B sinfində Şahmat fənnindən açıq dərs keçirildi
Fevralın 10- da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Şahmat müəllimi Şakir Quliyevin IV B sinfində “Şahmat oyununda mərkəzin vacib strateji amil olduğunun müəyyənləşdirilməsi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə təlim- tərbiyə işləri üzrə direktor müavinləri və şahmata həvəsi olan müəllimlər iştirak etdilər. Dərs qruplarla aparıldı. Şagirdlərin şahmata marağı qənaətbəxşdir. Dərs iştirakçılar tərəfindən bəyənildi.