Məktəbdə “Dini Radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda toplantı keçirildi

Fevralın 9-da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətində Dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov, DQİDK - nin Bakı şəhəri üzrə şöbənin əməkdaşları Nuru İmanov, Hatəm Gülməmmədov, Səbail rayon Polis İdarəsinin şöbə müdiri, polis polkovnik- leytenantı Anar Nağıyev, İçəri Şəhər məscidinin axundu Hacı Sadiq Əsgərov, Badamdar Bələdiyyəsinin sədr müavini Fəxrəddin Quliyev və məktəb rəhbərliyinin iştirakı ilə yuxarı sinif şagirdləri ilə “Dini Radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda toplantı keçirildi. Mövzu üzrə aşağıdakı məsələlər barədə ətraflı məlumat verildi. 1. Dini Radikalizmin mahiyyəti və onun yaranma səbəbləri. 2. Dini Radikalizmin cəmiyyətdə, xüsusilə yeniyetmə və gənclərə mənfi təsiri. 3. Dini Radikalizmlə mübarizədə məktəblilərin üzərinə düşən iş və vəzifələr. 4. Cəmiyyətin Dini Radikalizmdən qorunma yolları. 5. Dini Radikalizmlə mübarizədə maarifləndirmə tədbirlərinin rolu. Sonda şagirdləri maraqlandıran suallara ətraflı cavab verildi. “Fitnə” filmi nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi