"Ekologiya və İqtisadiyyat" aylığı başa çatdı

2016/ 2017- ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Təhlsili Dəyərə Çevirək” devizi altında həyata keçirilən 9 hədəfdən biri də “Ekologiya və Sağlamlıq”dır. Bu hədəf altında yanvar ayından başlayaraq “Ekoloji aylıqlar” layihəsinə Səbail rayonu 236 №- li tam orta məktəbdə yanvar ayının 4- dən start verilmişdir. Layihə məktəbdə müzakirə olunmuş və layihənin həyata keçirilməsinə cavabdehlik məktəbin Biologiya müəllimi Axundova İradə Nazim qızına həvalə edilmişdir. “Ekologiya və Sağlamlıq” layihəsi çərçivəsində yanvar ayında “Ekologiya və İqtisadiyyat” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi üçün məktəb rəhbərliyi, 6 nəfər Biologiya müəllimi və 5 nəfər Coğrafiya müəlliminin iştirakı ilə tədbirlər planı hazırlanmış və icra olunmuşdur. Keçirilən tədbirlərin hər biri haqqında məlumat mütəmadi olaraq məktəbin saytında yerləşdirilmişdir. Müəllimlərin şagirdlər qarşısında “Ekologiya və İqtisadiyyat” mövzusunda çıxışları təşkil edilmiş və şagirdlər tərəfindən mövzu ilə əlaqədar referatlar, esselər yazılmışdır. Məktəbin dəhlizlərində aylıqla əlaqədar stendlər hazırlanmış, divar qəzetləri buraxılmış, dibçəklərdə güllərin əkilməsi prosesi həyata keçirilmişdir. Məktəbin Akt zalında məktəb rəhbərliyinin şagirdlər qarşısında “Ekoloji Mədəniyyət” mövzusu üzrə mühazirəsi olmuşdur. Biologiya müəllimi Samirə Qasımova “İqtisadiyyatın sürətli inkişafının yaratdığı ekoloji problemlər”, Coğrafiya müəllimi Həqiqət Yusifova “Xəzər dənizi və ətraf ərazilərin neftlə çirklənməsi, daş karxanalarının, neft gölməçələrinin vurduğu ziyan” mövzularında şagirdlər qarşısında məruzə ilə çıxış etmişlər. Məktəbin ətrafında təmizlik işlərinin aparılması ilə əlaqədar olaraq XA, XB, və XC sinif şagirdlərinin iştirakı ilə geniş iməclik keçirilmiş, ağaclara qulluq edilmişdir. Biologiya müəllimi İradə Axundovanın VII D sinfində “Əyləncəli Biologiya” mövzusunda açıq dərsi keçirilmişdir. Fənn müəllimləri bütün siniflərdə şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, təbii sərvətlərdən düzgün istifadə etməyi aşılamaq və s. mövzularda söhbətlər aparmışlar. Məktəbdə elektrik enerjisinə, suya və qaza qənaət etməyi həyata keçirmək üçün VI E və V F siniflərinin fəallarından ibarət qruplar yaradılmışdır. Onlar öz işlərini ay ərzində məsuliyyətlə həyata keçirmişlər. Tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamova “Hər bir vətəndaş evdə və müəssisələrdə elektrik enerjisinə, qaza və suya qənaət etməlidir” mövzusunda şagirdlər qarşısında çıxış etmişdir. Yanvar ayının 26- da “Ekologiya və İqtisadiyyat” aylığının yekununa həsr edilmiş toplantı keçirilmiş, fevral ayında keçiriləcək “Azərbaycan tarixi etnoqrafiyası” aylığının həyata keçirilməsi üçün tədbirlərə hazırlıq işlərinə başlanılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi