"Ekoloji aylıqlar" layihəsi çərçivəsində "Ekologiya və İqtisadiyyat" aylığı ilə əlaqədar tədbirlər davam etdirilir...

2016/ 2017- ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili Dəyərə Çevirək” devizi ilə əlaqədar olaraq yanvarın 21- də Səbail rayonu 236 №- li tam orta məktəbdə “Ekologiya və İqtisadiyyat” aylığı çərçivəsində tədbirlər davam etdirilmişdir. “Ekologiya və Sağlamlıq” hədəfi altında həyata keçiriləcək layihələrdə cavabdeh olan məsul şəxs- məktəbin biologiya müəllimi İradə Axundovanın rəhbərliyi ilə 7 D, 6 E, 5 Fsiniflərində şagirdlərlə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, təbii sərvətlərdən düzgün istifadə etməyi aşılamaq və s. mövzularda söhbət aparılmışdır. 10 A və 10 C sinif şagirdlərinin iştirakı ilə məktəbin ətrafında iməcilik keçirilmiş, ağaclara qulluq edilmişdir. Məktəbin dəhlizlərində aylıqla əlaqədar stendlər təşkil olunmuş, divar qəzetləri buraxılmış, dibçəklərdə güllərin əkilməsi prosesi həyata keçirilmişdir. Şagirdlərdə az da olsa ekoloji bilik və ekoloji mədəniyyət formalaşdırılmışdır. Biologiya müəllimi Samirə Qasımovanın, Coğrafiya müəllimi Həqiqət Yusifovanın iqtisadiyyatın sürətli inkişafının yaratdığı ekoloji problemlər, Xəzər dənizi və ətraf ərazilərin neftlə çirklənməsi, daş karxanalarının, neft gölməçələrinin vurduğu ziyan haqqında şagirdlərin qarşısında məruzələrlə çıxış etmişlər. 5 F sinif şagirdlərinin fəalları məktəbdə istifadə olunan elektrik enerjisinə və suya qənaət etməyi öz üzərlərinə götürmüş və buna daim nəzarət edirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi