I- IX siniflərdə “Böyük Summativ Qiymətləndirmə” keçirilir
Yanvarın 16-dan başlayaraq Səbail rayonu 236 nömrəli tam orta məktəbdə I- IX siniflərdə “Böyük Summativ Qiymətləndirmə” keçirilir. Summativ Qiymətləndirmənin keçirilməsi üçün dekabr ayında məktəb direktorunun əmri ilə Böyük Summativ Qiymətləndirmənin materiallarını hazırlamaq üçün məktəb rəhbərliyi, metodbirləşmə rəhbərləri və təcrübəli müəllimlərdən ibarət komissiya yaradılmışdır. Böyük Summativ Qiymətləndirmə məktəb rəhbərlərinin nəzarəti ilə keçirilir.