Azərbaycan dili fənnindən "Açıq dərs" keçirildi

Yanvarın 16- da Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Aygün Vəliyevanın XI "c" sinfində “Feili bağlama ” mövzusunda açıq dərsi keçirildi.Dərsdə məktəb rəhbərliyi, Azərbaycan dili və Ədəbiyyatı müəllimləri iştirak etdilər. Əyanilikdən geniş istifadə edildi. Keçmiş mövzu şagirdlərdən soruşuldu, feili sifətə aid cümlələr təhlil edildi. Yeni mövzu ilə keçmiş mövzu arasında əlaqə yaradıldı. Fənlərarası əlaqəyə geniş yer verildi. Ev tapşırığı vaxtında verildi və şagirdlər qiymətləndirildi. “20 Yanvar faciəsi“ nə aid şeirlər söylənildi. Müəllim mövzunu şagirdlərə tam mənimsədə bildi. Dərs iştirakçılar tərəfindən geniş müzakirə olundu və bəyənildi.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi