"TƏHSİLİ DƏYƏRƏ ÇEVİRƏK" DEVİZİ ALTINDA "EKOLOGİYA VƏ SAĞLAMLIQ" İSTİQAMƏTİNDƏ "EKOLOJİ AYLIQLAR" LAYİHƏSİNƏ START VERİLDİ

" Ekologiya və Sağlamlıq " istiqamətində " Ekoloji aylıqlar " layihəsini 2016 / 2017 - ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini " Təhsili Dəyərə Çevirək " devizi adı altında həyata keçirir. Bu istiqamətdə əsas məqsəd şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq və onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsindən ibarətdir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif Ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Keçirilməsi nəzərdə tutulan layihələrdən biri də "Ekoloji aylıqlar" layihəsidir. 2017 - ci ilin yanvar ayından etibarən məktəbimizdə ekoloji istiqamətdə mövzu ətrafında araşdırma, müxtəlif fəaliyyətlər, layihələr və digər tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Yanvar ayının sonunda icra olunan fəaliyyətlərdən irəli gələrək "Ayın ən qənaətcil məktəbi" nominasiyası üzrə qalib məktəbin seçilməsi və elan olunması nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi