“Heydər Əliyev İli” çərçivəsində şahmat turniri keçirilib

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail rayon Komitəsinin təşkilatçılığı ilə məktəbin şahmat otağında "Heydər Əliyev İli"nə həsr olunmuş Səbail rayon ümumtəhsil məktəblərinin kişi və qadın müəllimləri arasında şahmat yarışı keçirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş şahmat turnirində ATİAHİ-nin sədri Mukafat Abbasov iştirak edib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunub.

Gərgin mübarizə şəraitində keçən şahmat yarışının yekun nəticələrinə əsasən kişi iştirakçılar arasında birinci yerə Quliyev Şakir Qulu oğlu (236 nömrəli tam orta məktəb), ikinci yerə İsgəndərli Fərid İsmayıl oğlu (236 nömrəli tam orta məktəb) və üçüncü yerə Mahmudov Amin Xurşud oğlu (49 nömrəli tam orta məktəb-lisey) layiq görülüblər.

Qadınlar arasında olan yarışın nəticələrinə əsasən birinci yerə İmranova Firavan Mehman qızı (329 nömrəli tam orta məktəb), ikinci yerə Fətəliyeva Jalə Nurəddin qızı (236 nömrəli tam orta məktəb) və üçüncü yerə Tahirova Akifə Akif qızı (236 nömrəli tam orta məktəb) layiq görülüblər.

Turnirin sonunda uğur qazanan qaliblərə ATİAHİ-nin sədri Mukafat Abbasov tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi