31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil edilib

Martın 30-da məktəbin 7 “B” sinfində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Yaqut İslamova və uşaq birliyi rəhbəri Tünzalə Cəfərovanın təşkilatçılığı və tarix müəllimi Rövşanə İsmayılovanın təşəbbüsü ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil edilib. 

Tədbiri giriş sözü ilə açan Rövşanə İsmayılova 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımından 105 il ötdüyünü və bu günün tariximizin faciəli səhifələrindən biri olduğunu söyləyərək, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından ətraflı məlumat verib.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi