Məktəbdə Riyaziyyat fənnindən "Açıq dərs" keçirildi

Yanvarın 11- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Riyaziyyat müəllimi İlahə Qocamanovanın VI C sinfində “Miqyas” mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi, Riyaziyyat, Fizika və Coğrafiya müəllimləri iştirak etdilər. Əyaniliyə geniş yer verildi. Keçmiş mövzu şagirdlərdən soruşuldu. Yeni mövzu ilə keçmiş mövzu arasında əlaqə yaradıldı. Sinifdə mövzuya aid məsələlər həll etdirildi. Testlərdən istifadə olundu. Ev tapşırığı vaxtında verildi və şagirdlər qiymətləndirildi. Müəllim mövzunu şagirdlərə tam mənimsədə bildi. Dərs iştirakçılar tərəfindən geniş müzakirə olundu və bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi