Məktəbdə Kimya fənnindən "Açıq dərs" keçirildi

Yanvarın 11- də Səbail rayonu 236 nömrəli tam orta məktəbdə məktəbin Kimya müəllimi Mehparə Səlimovanın VIII A sinfində “Kimyəvi rabitə və onun növləri" mövzusunda açıq dərsi keçirildi. Dərsdə məktəb rəhbərliyi, Kimya, Biologiya və Fizika müəllimləri iştirak etdilər. Dərsdə şagirdlərin özlərinin hazırladıqları əyani vəsaitlərdən geniş istifadə olundu. Dərs müasir tələblərə cavab verən üsullarla keçirildi. Dərsdə vaxt bölgüsünə əməl olundu. Fənlərarası əlaqəyə geniş yer verildi. İstər keçmiş mövzunun, istərsə də yeni mövzunun şagirdlər tərəfindən mənimsənilməsi aydın görünürdü. Kimyəvi rabitənin növləri şagirdlərə ətraflı izah olundu. Sonda testlərdən, krossvordlardan istifadə olundu. Dərs iştirakçılar tərəfindən geniş müzakirə olundu və bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi